SoftBank kapitallaşmaya görə Toyota Motor Corporation-ı geridə qoydu

SoftBank Group kapitallaşma həcminə görə Toyota Motor Corporation şirkətini geridə qoyaraq Yaponiyanın ən böyük şirkətinə çevrilib.

“GDP Media” xəbər verir ki, investisiya və texnologiya sahəsində fəaliyyət göstərən SoftBank-ın səhmləri bazar ertəsi keçirilən hərracların yekununda 14% bahalaşaraq tarixi maksimum səviyyəyə yüksəlib. Eyni zamanda, Toyota-nın səhmləri 4,5% dəyər itirib.

Nəticədə SoftBank-ın bazar dəyəri 47,2 trilyon yenə (296 milyard dollar) çatıb. Toyota-nın kapitallaşması isə 45,7 trilyon yenə qədər geriləyib.

Qeyd edək ki, Toyota son 20 ildən artıq müddətdə Yaponiyanın bazar dəyərinə görə ən böyük şirkəti statusunu qoruyurdu. Lakin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə marağın artması SoftBank səhmlərinə tələbi əhəmiyyətli dərəcədə artırıb.

Şirkətin OpenAI-a, o cümlədən ChatGPT platformasının yaradıcısına iri investor olması da səhmlərin bahalaşmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Məlumata görə, SoftBank səhmlərinin qiyməti cari ilin əvvəlindən etibarən demək olar ki, iki dəfə artıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu