Strategy şirkətinin bitkoin üzrə reallaşdırılmamış zərəri rekord həddə – 12,7 milyard dollar

Kriptovalyuta bazarındaki düşüş nəticəsində Strategy (keçmiş adı MicroStrategy) şirkətinin bitkoin investisiyası üzrə reallaşdırılmamış zərəri 12,7 milyard ABŞ dollarına çataraq rekord yeniləyib.

“GDP Media” xəbər verir ki,son 12 ay ərzində şirkətin bitkoin portfelinin dəyəri 28 milyard dollar azalıb. Strategy hazırda $BTC-nin ən böyük korporativ sahibi olaraq qalır, lakin kağız itkilərin həcmi indiyədək görünməmiş səviyyədədir.

Qeyd edək ki, söhbət reallaşdırılmamış zərərdən gedir – şirkət bu itkiləri satışla fiksə etməyib. Bununla belə, mövcud rəqəmlər şirkətin balansına və səhmdarların gözləntilərinə ciddi təzyiq göstərir.

Analitiklərin fikrincə, əsas sual budur: Strategy rəhbərliyi qiymətin daha da düşməsi şəraitində heccingsiz yığım strategiyasını davam etdirə biləcəkmi? Bazar iştirakçıları şirkəin növbəti addımlarını diqqətlə izləyir.

  • Əlaqədar Yazılar

    SpaceX Google ilə aylıq 920 milyon dollarlıq bulud Sİ hesablama müqaviləsi imzalayıb
    • İyun 5, 2026

    SpaceX Google ilə aylıq 920 milyon ABŞ dolları dəyərində bulud Sİ hesablamaları üçün müqavilə imzalayıb. “GDP Media” xəbər verir ki, söhbət…

    Davamı oxu
    McDonald’s ABŞ-da əmək bazarının sərtləşməsi fonunda kadr çatışmazlığı ilə üzləşib
    • İyun 5, 2026

    Fastfud şəbəkəsi bir sıra regionlarda işçi heyətinin işə götürülməsi ilə bağlı çətinliklər olduğunu bildirib. “GDP Media” xəbər verir ki, problem…

    Davamı oxu