ABŞ Prezidenti Donald Trump ölkənin iqtisadi və siyasi vəziyyəti ilə bağlı optimist açıqlama verib. O, ABŞ-ın hazırda güclü inkişaf mərhələsində olduğunu bildirib.
Tramp sosial media hesabında paylaşdığı mesajda neft təchizatının sabit olduğunu, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini və bunun dünya təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib.
ABŞ lideri həmçinin fond bazarlarında yüksəlişin davam etdiyini, məşğulluğun rekord səviyyədə olduğunu və qiymətlərin aşağı düşdüyünü vurğulayıb.
“Ölkəmiz heç vaxt olmadığı qədər güclü, təhlükəsiz və hörmət sahibidir”, – deyə Tramp paylaşımında bildirib.
ABŞ prezidenti açıqlamasının sonunda “Dəyməz!” ifadəsini işlədərək əldə olunan nəticələri administrasiyasının fəaliyyəti ilə əlaqələndirib.


