ABŞ Energetika Nazirliyinin məlumatına görə, dekabrda gündə 0,35 mln barrel olan neft hasilatı hazırda 1,03 mln barrelə yüksəlib.
“GDP Media” xəbər verir ki,hasilat artımının əsas səbəbi sanksiya təzyiqinin yumşalması və xarici servis şirkətlərinin bazara geri dönməsidir.
Ekspertlər qeyd edirlər ki, Venesuelanın hasilat artımı bazar üçün sürpriz olmasa da, miqyas baxımından təsir edicidir. Tendensiya davam edərsə, ilin ortasına qədər ölkənin gündəlik hasilatı 1,2–1,3 mln barrelə çatması mümkündür. Bu isə OPEC+ ölkələrinin kvotaları artırmağa hazırlaşdığı bir şəraitdə Brent neftinin qiymətinə əlavə təzyiq göstərəcək.
Neft bazarı üçün əsas mesaj budur ki, təklif gözləniləndən daha sürətlə artır, lakin Çin və Avropa tərəfdən tələbin bərpası hələ də inamlı görünmür.


