Veysəloğlu Şirkətlər Qrupunda qida sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

GDP Media” xəbər verir ki, görüşdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə–Azərbaycan Universitetinin və Türkiyənin Hacettepe Universitetinin nümayəndələri, həmçinin qida təhlükəsizliyi və keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbirdə qida sənayesində innovasiyaların tətbiqi, elm və sənaye əməkdaşlığının gücləndirilməsi, elmi araşdırmaların istehsalata inteqrasiyası və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İnfrastrukturu və Mərkəzi Sınaq Laboratoriyasının fəaliyyəti təqdim edilib, Milli Qida Texnologiyaları Platformasının məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçılar Məmmədli Logistika Mərkəzinə infotur edərək burada tətbiq olunan texnoloji həllər və logistika prosesləri ilə tanış olublar.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu