Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
“GDP Media” xəbər verir ki, görüşdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə–Azərbaycan Universitetinin və Türkiyənin Hacettepe Universitetinin nümayəndələri, həmçinin qida təhlükəsizliyi və keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbirdə qida sənayesində innovasiyaların tətbiqi, elm və sənaye əməkdaşlığının gücləndirilməsi, elmi araşdırmaların istehsalata inteqrasiyası və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İnfrastrukturu və Mərkəzi Sınaq Laboratoriyasının fəaliyyəti təqdim edilib, Milli Qida Texnologiyaları Platformasının məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçılar Məmmədli Logistika Mərkəzinə infotur edərək burada tətbiq olunan texnoloji həllər və logistika prosesləri ilə tanış olublar.















