Zod qızıl yatağının ehtiyatları 1 milyon unsiyanı ötüb

Zod qızıl yatağının ehtiyatları 1 milyon unsiyanı ötüb.

“GDP Media” xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC tərəfindən Söyüdlü (Zod) qızıl yatağında həyata keçirilən işlərlə tanış olub.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, 2025-ci ilin avqust ayından etibarən yataqda genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb. Bu çərçivədə mövcud tarixi geoloji məlumatlar təhlil edilib, yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb və ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri aparılıb.

Onun sözlərinə görə, aparılan tədqiqatların nəticəsində Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları beynəlxalq JORC standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində qiymətləndirilib. Eyni zamanda, yatağın resurs bazasının daha da genişləndirilməsi məqsədilə yaxın və uzaq sahələrdə intensiv kəşfiyyat işləri davam etdirilir.

Zakir İbrahimov qeyd edib ki, yatağın işlənməsi ölkənin dağ-mədən sənayesinin inkişafına, qeyri-neft-qaz sektorunun güclənməsinə və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Layihənin həyata keçirilməsi Kəlbəcərdə yeni iş yerlərinin yaradılmasına, peşəkar kadr hazırlığının genişləndirilməsinə, xidmət və logistika sahələrinin inkişafına, həmçinin yerli sahibkarlığın təşviqinə əlavə imkanlar açacaq.

Bəşir Hacıyev isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Zod yatağının işlənməsi layihəsi Kəlbəcərin sosial-iqtisadi inkişafına, məşğulluğun artırılmasına və regionun ölkə iqtisadiyyatına daha sıx inteqrasiyasına xidmət edən strateji layihələrdən biridir.

  • Əlaqədar Yazılar

    Mikayıl Cabbarov: “Qeyri-neft ixracı iqtisadi siyasət və dəstək alətləri hesabına artıb”
    • İyun 10, 2026

    GDP Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə müsahibəsində ölkənin qeyri-neft məhsullarının ixracında əhəmiyyətli artım əldə etdiyini bildirib….

    Davamı oxu
    Mikayıl Cabbarov: “Sahibkarların dövriyyə vəsaitinə ehtiyacını azaltmaq üçün ƏDV hesabları aləti nəzərdən keçirilir”
    • İyun 10, 2026

    “Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün…

    Davamı oxu