Bakıda “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
“GDP Media” xəbər verir ki, mərasimdə ölkənin biznes ictimaiyyətinin aparıcı nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Müsabiqənin builki qalibləri “Araz Supermarket”, “Azərsun Holding” və “CityNet” şirkətləri elan olunub. Təşkilatçılar qalibləri təbrik edərək onlara yeni uğurlar arzulayıblar.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramının baş sponsorları “Deloitte Private” və “PAŞA Bank”dır. Proqramın tərəfdaşları sırasında Azərbaycan Biznesinin İnkişafı Fondu, AMCHAM Azerbaijan, ADA Universiteti və İctimai Televiziya yer alır.






