Dövlət Gömrük Komitəsi qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ şəkildə həyata keçirilməsi məqsədilə xüsusi iş rejimi tətbiq edəcək.
“GDP Media” xəbər verir ki,komitədən verilən məlumata görə, mayın 29-da aidiyyəti qurumlar növbəli iş qrafiki əsasında fəaliyyət göstərəcək.
Məqsəd idxal və ixrac əməliyyatlarının fasiləsiz təşkili, eləcə də sahibkarların və xarici ticarət iştirakçılarının müraciətlərinin vaxtında icrasını təmin etməkdir.
Bildirilib ki, gömrük postları və digər aidiyyəti bölmələrdə xidmətlərin davamlılığı təmin olunacaq və malların rəsmiləşdirilməsi prosesi operativ şəkildə həyata keçiriləcək.


