Elektron Təhlükəsizlik Xidmətindən yeni dələduzluq üsulu ilə bağlı – XƏBƏRDARLIQ

Son zamanlar dünya miqyasında kiberdələduzlar ictimai məkanlarda müxtəlif bəhanələr irəli sürərək vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyir və bu yolla onların biometrik məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

“GDP Media” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:

– Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

– Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

– Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

– Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı info@cert.az və ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu