ADY: Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq

“Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər”.

“GDP Media”xəbər verir ki,bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: “Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq”.

Qeyd edək ki, bu gün Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu