Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb.
“GDP Media” xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, qoyulan investisiyalar ölkənin dayanıqlı inkişafı üçün möhkəm təməl formalaşdırıb.
“Qeyd olunan məbləğin 50 faizini xarici investisiyalar təşkil edib”, – deyə Y. Abdullayev vurğulayıb.
AZPROMO rəsmisi qeyd edib ki, Azərbaycana ən çox investisiya yatıran ölkələr sırasında Rusiya, Türkiyə, İran, Böyük Britaniya, İsveçrə və Kipr yer alıb.


