Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib

Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib.

“GDP Media” xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denys Shmyhal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə birgə layihələr vasitəsilə etibarlı enerji resursları tədarükçüsü kimi mövqeyini daha da gücləndirə bilər.

“Ukrayna artıq yenilənmiş Avropa qaz xəritəsinin bir hissəsinə çevrilib. Xüsusilə də Xəzər qazının enerji çatışmazlığı yaşayan Avropa regionlarına çatdırılmasına imkan verən Trans-Balkan marşrutu bu baxımdan mühüm əhəmiyyət daşıyır”, — deyə o qeyd edib.

Şmıqal vurğulayıb ki, Ukrayna ümumi tutumu təxminən 30 milyard kubmetr olan və Avropanın ən böyük yeraltı qaz anbarlarına malikdir. Onun sözlərinə görə, bu infrastruktur regional mövsümi tampon funksiyasını yerinə yetirə, enerji təchizatında balanslaşdırıcı mexanizm rolunu oynaya və yeni enerji təchizatı arxitekturasının mühüm elementi ola bilər.

Nazir əlavə edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan etibarlı enerji tədarükçüsü kimi nüfuzunu möhkəmləndirəcək, Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək, Avropa isə alternativ və sabit enerji mənbələri əldə edəcək.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu