ABŞ ilə İran arasında davam edən qarşıdurmanın maliyyə yükü artmaqda davam edir. Müharibənin 94-cü günündə Vaşinqtonun bu qarşıdurmaya çəkdiyi xərclərin artıq 100 milyard dollara yaxınlaşdığı bildirilir.
“GDP Media” xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio İranla mümkün razılaşmanın bu gün, sabah və ya gələn həftə əldə oluna biləcəyini açıqlayıb. O, eyni zamanda Rusiyanın neft sektoruna qarşı tətbiq olunan ABŞ sanksiyalarında istisnaların yenidən uzadıla biləcəyini də istisna etməyib.
Bununla yanaşı, vəziyyətin yenidən hərbi eskalasiyaya keçə biləcəyi ilə bağlı narahatlıqlar da artır. CBS telekanalının yüksək rütbəli iranlı hərbi rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ ilə müharibənin yenidən başlaması “qaçılmaz” görünür.
Analitiklər hesab edirlər ki, tərəflər arasında diplomatik təmasların intensivləşməsi fonunda belə, regionda gərginlik hələ də yüksək səviyyədə qalır.


