Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları arasında ən yüksək göstərici qızıl və mis istehsalçısı “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Azərbaycan Beynəlxalq Dağ-Mədən Şirkəti Limited Təmsilçiliyi) tərəfindən qeydə alınıb.

“GDP Media” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, şirkətin ixracı cari ilin ilk 4 ayında 121,1 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövründə bu göstərici 27,9 milyon ABŞ dolları idi. Beləliklə, “AIMKL”nin ixracı illik müqayisədə 93,2 milyon dollar və ya təxminən 334,1% artıb.

Bu nəticə şirkətin ixrac həcminin bir il ərzində 4,3 dəfə yüksəldiyini göstərir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu