Taxıl əkinləri üçün subsidiyalar dəyişdi: Aqrar Subsidiya Şurasından – YENİ QƏRAR

Aqrar Subsidiya Şurası verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu addım ölkə Prezidentinin 5 mart 2026-cı il tarixli fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq atılıb.Belə ki, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verdikləri kreditlərin illik faiz dərəcəsinin 19 %-i keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək.

Kreditlər çəltik, qarğıdakı, darı, sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci), günəbaxan, kartof, tərəvəz, pambıq, şəkər çuğunduru, tütün və soya kimi bitkilərin istehsalı üçün götürülə bilər.Bundan başqa, Şuranın Qərarı ilə 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb. Yeni Subsidiya əmsallarında müasir suvarma altındakı əkinlər hər hektar üçün ənənəvi suvarma ilə müqayisədə 150 manat artıq əkin subsidiyası alacaqlar. Şuranın qərarı ilə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilib:

Taxıl əkinləri üçün subsidiyalar dəyişdi: Aqrar Subsidiya Şurasından - YENİ QƏRAR

Mövcud regionlaşmaya əlavə olaraq mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonunda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvan Muxtar Respublikasında, işğaldan azad edilmiş ərazilərdə salınan super-intensiv şaftalı (nektarin) bağları üzrə əkin subsidiyası Xocavənd rayonunda tətbiq ediləcək.

2026-cı il üzrə buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin subsidiyası 20 % azaldılmaqla ödəniləcək. Fermerlərin növbəti dövr payızlıq əkinlər üçün toxum hazırlığını və tədarükünü həyata keçirərkən bu tələbləri indidən nəzərə alması vacibdir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu