Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.

“GDP Media”xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.”Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Prezidentin Ehtiyat Fondu, Dövlət büdcəsinin Ehtiyat Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lər, “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu, İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “Media Mükəmməllik Şəbəkəsi” qeyri-kommersiya təşkilatı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” və , “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” MMC-lər, Maliyyə Nazirliyinə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi”, Gənclər və İdman Nazirliyinin tabeliyində “Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu”, Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu