Azərbaycan və Macarıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Macarıstan Mərkəzi Bankı arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə dair mühüm sənəd imzalanıb.

“GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Baş bankir bildirib ki, sənəd Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində, Macarıstan Mərkəzi Bankının sədri Mixali Varqa ilə baş tutan görüşdə imzalanıb.

Rəhbərlik edilən qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu çərçivəsində tərəflər monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadiləsi aparacaqlar.

Bununla yanaşı, sənədə əsasən, birgə görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə mütəxəssislər arasında texniki əməkdaşlıq daha da dərinləşdiriləcək.

Qeyd edək ki, Bakıda təşkil olunan bu beynəlxalq toplantı TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin mərkəzi bankları arasında regional iqtisadi inteqrasiyanın və maliyyə tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformaya çevrilib.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı Türk Dövlətləri Təşkilatının Mərkəzi Bankları Şurasının ikinci toplantısına ev sahibliyi edib
    • İyun 6, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankı “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısını keçirib. Tədbirdə TDT-yə üzv dövlətlərin,…

    Davamı oxu
    Aparıcı banklar tokenləşdirilmiş depozitlər üçün yeni hesablaşma şəbəkəsi yaradır
    • İyun 5, 2026

    JPMorgan, Citi, Wells Fargo və digər iri banklar Regulated Settlement Network (RSN) adlı yeni platforma təqdim ediblər. “GDP Media” xəbər…

    Davamı oxu