Operativ yaddaşın qiyməti 2026-cı ilin sonuna qədər iki dəfə artacaq
“GDP Media” xəbər verir ki, yaddaş və saxlama qurğuları istehsalçısı Lexar-ın yüksək səviyyəli meneceri proqnozlaşdırır ki, 2026-cı ilin sonuna qədər operativ yaddaşın (RAM) qiyməti iki dəfə artacaq və istehsalçılar artıq qiymətləri nəzarətdə saxlaya bilməyəcəklər.
Hazırda qiymətlər sabit səviyyədədir, çünki pərakəndə satışçılar mövcud ehtiyatları sataraq daha bahalı partiyalara keçirlər.
Lakin proqnoza görə, 2026-cı ilin sonuna qədər RAM və SSD-lərin qiymətləri 130%-ə qədər yüksələcək və bu artım planşetlər, noutbuklar və smartfonlara da təsir göstərəcək.


