BP yeni ikiseqmentli biznes strukturuna keçəcək

2026-cı il iyulun 1-dən etibarən BP üçseqmentli strukturu əvəz edərək iki ayrı biznes seqmenti – kəşfiyyat və hasilat seqmentlərinə bölünəcək.

GDP Media” şirkətin məlumatına istinadən xəbər verir ki, Qordon Birrell kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezident təyin edilib, Riçard Hardinq isə hasilat üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək. Hazırda hasilat üzrə daimi icraçı vitse-prezident vəzifəsinə namizədlərin seçimi prosesi aparılır.

“İkiseqmentli model vəzifələr dairəsini dəqiqləşdirməyə imkan verəcək və qərarların daha sürətli və səmərəli qəbul edilməsini təmin edəcək”, – məlumatda bildirilib.

“Upstream” bölməsi dünyanın ehtiyac duyduğu enerji resurslarının axtarışı, işlənilməsi və istehsalı proseslərini optimallaşdıraraq, kəşfiyyat, işlənmə və hasilat daxil olmaqla BP-nin neft-qaz regionlarını birləşdirəcək. Ona həmçinin BP-nin kəşfiyyat və hasilat sahəsindəki birgə müəssisələri, eləcə də bərpa olunan təbii qaz və karbonun tutulması və saxlanması üzrə bölmələri daxil olacaq.

“Downstream” seqmentində neft emalı, terminallar, boru kəmərləri, nəqliyyat və gündəlik tələbat malları, bioyanacaq, aviasiya, hidrogen və “Castrol” təmsil olunacaq, bu da BP məhsullarının istehsalı, nəqli və satışı proseslərini uzlaşdırmağa imkan verəcək.

“Təchizat, ticarət və gəmiçilik” bölmələri inteqrasiya olunmuş sistem çərçivəsində təchizatı və əlavə dəyərin yaradılmasını dəstəkləyərək hər iki seqmentdə işini davam etdirəcək.

Bərpa olunan energetika sahəsindəki layihələr texnoloji seqmentə daxil ediləcək və hesabatlılıqda “digər bizneslər və korporativ məqsədlər” (“Other Businesses & Corporate”) bölməsində nəzərə alınacaq.

Yeni struktur BP-nin mövcud üç seqmentini əvəz edəcək: Hasilat və əməliyyat fəaliyyəti (P&O), qaz və aşağı karbonlu energetika (G&LCE), habelə müştərilər və məhsullar (C&P).

Cari ilin sonunadək BP köhnə təşkilati struktura uyğun olaraq hesabat verəcək, 2027-ci il yanvarın 1-dən isə yenisinə keçəcək.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu