İslam bankçılığı: “Müsəlman müştərilər ənənəvi bankirlərə inanmır”

İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Araşdırma olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir.

GDP Media” xəbər verir ki, bu sözləri “Bank CenterCredit”in (Qazaxıstan) Əmanətlər Mərkəzinin rəhbəri Dzhavid İsayev “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.

Xatırladaq ki, “Bank CenterCredit” bankı Qazaxıstanın ən qədim banklarından biri olaraq maliyyə bazarında 37 ildir ki, fəaliyyət göstərir və 3 milyondan çox müştəriyə xidmət göstərir. Bu ekosistemin tərkibinə investisiya və sığorta şirkətlərimizlə yanaşı, gələcəyin texnoloji həllərini hazırlayan və daxilində 1000-dən çox mütəxəssisin çalışdığı “BCC Hub” kimi innovativ strukturlar daxildir. 

Lakin bazarın və cəmiyyətin dəyişən tələbləri, xüsusilə İslam maliyyəsi istiqamətində bankın yanaşmalarını dəyişib: «İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Bu araşdırmanın nəticələri olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir. Müştərilərdə formalaşan bu inamsızlıq baryerini aşmaq üçün onlar üçün tamamilə yeni, müstəqil bir brendin yaradılmasının zəruri olduğunu anladıq».

Bank bu zərurəti nəzərə alaraq “Riza” brendini yaradıb. Yeni brend istifadəçilərə ayrıca və tamfunksiyalı bir mobil tətbiq olaraq təqdim ediləcək: «Bu layihənin həyata keçirilməsi üçün bankımızın strukturunda tam şəriət heyəti (Sharia board) formalaşdırılmış və normativ-hüquqi aktların 95%-i artıq hazır vəziyyətə gətirilmişdir. Cari dövrdə qüvvəyə minən yeni qanunvericilik fonunda, tezliklə rəsmi İslam pəncərəsi lisenziyasının alınmasına hazırlaşırıq», – deyə o, bildirib.

  • Əlaqədar Yazılar

    Mərkəzi Bank kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq
    • İyun 10, 2026

    Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə edilməsi (data governance) istiqamətində minimum məlumat indikatorlarının hazırlanmasını planlaşdırır. Bunu AMB-nin İnformasiya…

    Davamı oxu
    Mərkəzi Bank rəsmisi: “Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək”
    • İyun 10, 2026

    Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq “anti-fraud” (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər. Bunu Azərbaycan Mərkəzi…

    Davamı oxu