“Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün istifadə imkanının yaradılmasıdır”.
“GDP Media” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə müsahibəsində söyləyib.
Cabbarov bildirib ki, hazırda Azərbaycanda əlavə dəyər vergisi depozit hesabları xüsusi hesablardır. Bu hesablarda olan vəsaitlərdən, xüsusilə sosial sığorta ödənişləri üzrə istifadə imkanları nəzərdən keçirilir. Onun sözlərinə görə, bu alət tətbiq ediləcəyi halda sahibkarların dövriyyə vəsaitlərinə ehtiyacı azalacaq və onların maliyyə imkanları genişlənəcək. Bu isə biznesin inkişafına əlavə dəstək verə bilər.
“Hazırda müzakirə olunur, hələ ki, qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu uğurla başa çatacaq. Vergi ödəyicilərimizin əlavə dəyər vergi hesabları var – müvafiq qanunvericilik mexanizmi əsasında əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin o hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər üçün istifadə imkanını nəzərdə keçiririk – xüsusilə sosial sığorta üzrə ödənişlərin”,– Mikayıl Cabbarov deyib.


