BƏƏ İrana 10 milyard dollar dondurulmuş neft gəlirini qaytarır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana 10 milyard dollar dondurulmuş neft gəlirini qaytarır.

“GDP Media” Reuters-ə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dondurulmuş neft gəlirlərini İrana qaytaracaq. Bu vəsaitin ümumi məbləği 10 milyard ABŞ dollarıdır. Məbləğin 3 milyard dolları bu yaxınlarda nağd şəkildə İrana çatdırılıb.

Reuters-ə məlumat verən digər iki mənbə isə bildirib ki, sözügedən məbləğ 20 milyard dollara qədər ola bilər. Həmin mənbələrə görə, bu razılaşmanın bir hissəsi İranın müharibənin son həftələrində Birləşmiş Ərəb Əmirliklərinə hücum etməməsi müqabilində əldə olunub.

  • Əlaqədar Yazılar

    “Facebook”, “Instagram” və “WhatsApp”ın işindəki nasazlıq aradan qaldırılıb
    • İyun 12, 2026

    “Facebook”, “Instagram” və “WhatsApp”ın işindəki nasazlıq aradan qaldırılıb. “GDP Media” xəbər verir ki, “Facebook” və “Instagram” sosial şəbəkələrində, həmçinin “WhatsApp”ın…

    Davamı oxu
    SpaceX IPO-dan sonra 27% artaraq kapitallaşması 2,2 trilyon dolları ötüb
    • İyun 12, 2026

    İlon Maskın şirkətinin səhmləri ilk ticarət günündə kəskin qalxaraq bazar dəyərinə görə ən böyük texnologiya nəhəngləri ilə müqayisə oluna bilən…

    Davamı oxu