Mikayıl Cabbarov: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb”

Son beş ildə Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin ən sürətlə inkişaf etdiyi region məhz Mərkəzi Asiyadır.

GDP Media”xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq” mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda Mərkəzi Asiya ölkələri ilə əlaqələri vahid iqtisadi ekosistemin tərkib hissəsi kimi qiymətləndirir: “Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla üç aktiv investisiya fondu fəaliyyət göstərir. Bu fondlarda Azərbaycanın payı müvafiq olaraq 50 %, 75 % və 100 % təşkil edir. Biz həm dövlət, həm də özəl sektorun bu ölkələrə investisiyalarını təşviq edir, eyni zamanda həmin ölkələrdən sərmayələrin cəlb olunmasına açıq olduğumuzu nümayiş etdiririk”.

O bildirib ki, Azərbaycan enerji və mineral resurslarla zəngin Mərkəzi Asiya ölkələri üçün Orta Dəhliz üzərindən Qərbə çıxış təmin edən təbii qovşaq rolunu oynayır: “Azərbaycan yalnız yük daşımalarının deyil, ideyaların və innovasiyaların da hərəkəti üçün regional platformaya çevrilmək niyyətindədir. Bu gün əlaqəliliyin yeni formalarından biri məlumat mərkəzləri, telekommunikasiya, məlumat ötürülməsi və süni intellekt sahələrində əməkdaşlıqdır. Azərbaycanın coğrafi mövqeyi bu istiqamətlərdə regional əməkdaşlığın genişlənməsinə imkan yaradır”.

Nazir əlavə edib ki, ölkə həm İsDB platformasında, həm də ikitərəfli formatlarda üzv dövlətlərlə əməkdaşlığı daha da dərinləşdirməyə çalışır.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu