Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi.

Bu barədə GDP Media Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

Dəyər ifadəsində idxal 26 milyon 162,9 min dollar və ya 34,9% artıb.

Miqdar ifadəsində idxal 47 min 317,3 tondan 62 min 363,7 tona yüksəlib. Artım 15 min 46,4 ton və ya 31,8% təşkil edib.

Yağ məhsulları üzrə idxalda həm həcm, həm də dəyər artıb. Dəyər artımı miqdar artımına yaxın olsa da, bir qədər yüksəkdir. Bu, həm tələbin artdığını, həm də orta idxal qiymətində müəyyən yüksəliş olduğunu göstərir.

  • Əlaqədar Yazılar

    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu
    Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
    • İyun 18, 2026

    Böyük Britaniya 39,9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları…

    Davamı oxu