AZAL-ın bu uçuşları ləğv olundu

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.

Bu barədə “GDP Media”ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

  • Əlaqədar Yazılar

    Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
    • İyun 18, 2026

    Böyük Britaniya 39,9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları…

    Davamı oxu
    MİDA Salyanda yeni yaşayış kompleksi salır – 2.5 milyon manatlıq layihə
    • İyun 18, 2026

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan “MİDA” MMC regionlarda növbəti sosial yaşayış kompleksinin salınması üçün hazırlıqlara başlayıb. “GDP Media”…

    Davamı oxu