Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA

Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı bir sıra KİV-lərdə, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılmaqdadır. Bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bununla bağlı bəyan edir ki, ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur. 

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər: 

“Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət ucuzlaşmasını müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil. 

Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV-lər, saytlar da onu yayımlayır”.

M.Həsənli bir daha vurğulayır ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.

  • Əlaqədar Yazılar

    Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
    • İyun 22, 2026

    Azərbaycan Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma…

    Davamı oxu
    Aniinhisar qurumu “Bazarstore” barəsində yenidən protokol tərtib edib
    • İyun 22, 2026

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub. “GDP Media”xəbər verir…

    Davamı oxu