Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

  • Əlaqədar Yazılar

    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu
    Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
    • İyun 23, 2026

    Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb….

    Davamı oxu