Rövşən Rüstəmov: “SİMA Pay yalnız texnoloji həll deyil, sərnişin təcrübəsinin yaxşılaşdırılmasıdır”

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, şirkət rəqəmsal transformasiya istiqamətində daha bir mühüm addım atıb.

GDP Media xəbər verir ki, onun sözlərinə görə, AzInTelecom ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ictimai nəqliyyat sektorunda ilk dəfə üz tanıma texnologiyası əsasında işləyən ödəniş sistemi — SİMA Pay istifadəyə verilib:

“Artıq Abşeron dairəvi dəmir yolu xəttində sərnişinlər müəyyən stansiyalarda fiziki kart, bilet və ya əlavə cihaz olmadan, yalnız üz tanıma vasitəsilə turniketlərdən keçid edə bilərlər.”

Rüstəmov vurğulayıb ki, növbəti mərhələlərdə bu innovativ həllin şəhərətrafı şəbəkənin digər stansiyalarını və ümumilikdə dəmir yolu infrastrukturunu əhatə etməsi nəzərdə tutulur.

O qeyd edib ki, SİMA Pay rəqəmsal ekosisteminin ADY Mobile platforması ilə inteqrasiyası gündəlik səfərləri sərnişinlər üçün daha sürətli, rahat və təhlükəsiz edir:

“Bu yenilik yalnız texnoloji həll deyil, eyni zamanda sərnişin təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır.”

Rövşən Rüstəmov həmçinin bildirib ki, son illərdə innovasiya və rəqəmsallaşma “Azərbaycan Dəmir Yolları”nın əsas prioritet istiqamətlərindən biri olub:

“Sərnişinlərin rəqəmsal xidmətlərə artan marağı göstərir ki, müasir mobillik həlləri gündəlik nəqliyyatın vacib hissəsinə çevrilir.”

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı