Strategy konvertasiya olunan istiqrazları vaxtından əvvəl ödəyərək borc yükünü azaldıb

Amerika biznes məsləhətçilik şirkəti Strategy, 2029-cu ildə ödənilməli olan konvertasiya olunan istiqrazlarını ümumi dəyəri 1,5 milyard ABŞ dolları məbləğində geri alaraq vaxtından əvvəl ödəyib.

GDp xəbər verir ki, şirkətin bu addımı attığı bir vaxtda, çox güman ki, son dövrdə həyata keçirdiyi bitcoin satışından əldə etdiyi vəsaitdən istifadə edib. Bu qərar nəticəsində Strategy həm borc yükünü, həm də faiz xərclərini əhəmiyyətli dərəcədə azaldıb.

Mütəxəssislər bu təşəbbüsü, bazardakı şərtlərin potensial sərtləşməsi ərəfəsində balansın mühafizəkar şəkildə idarə olunması kimi dəyərləndirirlər. BTC sahibləri üçün isə bu, iri korporativ investor olan Strategy-nin mənfəəti reallaşdırmağa və maliyyə rıçaqlarından (leverage) istifadəni azaltmağa üstünlük verdiyini göstərən mühüm siqnaldır.

  • Əlaqədar Yazılar

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq
    • May 26, 2026

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq. “GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir. Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur. A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

    davamı
    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib
    • May 26, 2026

    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir. “GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir. Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq. The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

    davamı