Orta Dəhlizin yükdaşıma həcmi yeddi ildə 5 dəfə artıb

.Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) sadəcə logistik layihə olmaqdan çıxaraq türk dövlətlərinin əsas geoiqtisadi alətinə çevrilib.

GDP Media xəbər verir ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu marşrutun inkişafını ardıcıl şəkildə dəstəkləyir və onu Asiya ilə Avropa arasında strateji əhəmiyyətli yol kimi dəyərləndirir.Son yeddi ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 800 min tondan 4,5 milyon tona – yəni 5 dəfədən çox artıb. 2025-ci ilin yekunlarına əsasən, konteyner daşımaları 36% yüksələrək təxminən 77 min DFE (iyirmi fut ekvivalenti) təşkil edib. Qazaxıstanın hədəfi isə 2029-cu ilədək bu göstəricini 300 min DFE-ə çatdırmaqdır.

Marşrut ənənəvi Şimal dəhlizindən təxminən 2 min km qısa olmaqla sürət və təhlükəsizlik baxımından üstünlük təmin edir. Çindən Avropaya yüklərin çatdırılma müddəti cəmi 15 gün təşkil edir ki, bu da dəmir yolu daşımalarının orta hesabla 7-8 gün azalması deməkdir.

Ekspertlər qeyd edir ki, marşrutun gələcək inkişafı infrastrukturun sistemli modernləşdirilməsi, logistikanın sinxronlaşdırılması və region ölkələri arasında koordinasiyanın gücləndirilməsindən birbaşa asılıdır.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı