İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Urban Forumu (WUF13) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Carpenter ilə görüşüb.
Nazir bildirib ki, görüşdə əməkdaşlıq gündəliyinin prioritet istiqamətləri – o cümlədən Gəncə Yaşıl Şəhər Fəaliyyət Planının icrası, şəhər su təchizatının yaxşılaşdırılması, Naxçıvanda nəqliyyat infrastrukturu və daha geniş şəhərsalma təşəbbüsləri müzakirə olunub.
Cabbarov bu barədə öz rəsmi “X” hesabında paylaşım edib




