2026-cı ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım müşahidə olunur.
GDP Media xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, cari ilin əvvəlindən etibarən iki ölkə arasındakı sərhəd-keçid məntəqələrində 2,2 milyon tondan artıq yük rəsmiləşdirilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.Məlumata əsasən, Azərbaycan-Rusiya sərhədini hər gün orta hesabla 1 000–1 300 yük avtomobili keçir.


