Mərkəzi Bankda MDM,BFB və investisiya şirkətləri ilə kapital bazarlarının birinci rüb nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

GDP Media xəbər verir ki, görüş zamanı 2026-cı ilin birinci rübü üzrə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, həmçinin sektorda müşahidə olunan əsas tendensiyalar və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.Tərəflər “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarlarının strateji prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və əldə olunan nəticələri nəzərdən keçiriblər.

Görüşdə kapital bazarlarının dərinləşdirilməsi, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi və investor bazasının inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Bununla yanaşı, qarşıdakı dövr üzrə əsas hədəflər, real sektor iştirakçılarının kapital bazarında fəallığının artırılması, sektorda rəqəmsallaşmanın sürətləndirilməsi və maliyyə savadlılığının yüksəldilməsinə yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində kapital bazarlarının dayanıqlı inkişafı və maliyyə sektorunda institusional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu