2031-ci ilə qədər milyonçuların sayında rekord artım gözlənilən ölkələr açıqlanıb

“The Wealth Report” araşdırmasına əsasən, yaxın illərdə ultra zəngin insanların sayının ən sürətlə artacağı ölkə İndonezia olacaq.

GDP Media xəbər verir ki, hesabata görə, sərvəti 30 milyon dollardan çox olan şəxslərin sayı ölkədə 2026-cı ildəki 3800 nəfərdən 2031-ci ildə 7000 nəfərə qədər yüksələcək.

Araşdırmada bildirilir ki, artım tempinə görə ikinci yerdə Saudi Arabia qərarlaşıb. Burada ultra zənginlərin sayının 4400 nəfərdən 7200 nəfərə çatacağı proqnozlaşdırılır.İlk üçlüyü isə Poland tamamlayır. Proqnozlara əsasən, ölkədə 30 milyon dollardan çox sərvətə malik insanların sayı 3000 nəfərdən 4100 nəfərə yüksələcək.

Ekspertlər hesab edirlər ki, bu dinamika inkişaf etməkdə olan bazarlarda kapitalın sürətli artımı, investisiya axınları və yeni biznes sektorlarının genişlənməsi ilə bağlıdır. Xüsusilə enerji, texnologiya və daşınmaz əmlak sektorları yüksək sərvət artımının əsas mənbələri kimi göstərilir.

  • Əlaqədar Yazılar

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq
    • May 26, 2026

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq. “GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir. Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur. A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

    davamı
    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib
    • May 26, 2026

    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir. “GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir. Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq. The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

    davamı