ABŞ-da haqsız təqiblərlə bağlı 1,8 milyard dollarlıq fond yaradıla bilər

ABŞ-da əvvəlki administrasiyalar dövründə haqsız təqiblərə məruz qaldığını bildirən şəxslərə kompensasiya ödənilməsi üçün 1,8 milyard dollarlıq xüsusi fondun yaradılması müzakirə olunur.

GDP Media xəbər verir ki, CNN-in mənbələrə istinadən yaydığı məlumata görə, fondun yaradılması ideyası Donald Trampın hüquqşünasları ilə ABŞ Ədliyyə Nazirliyi arasında aparılan danışıqlar çərçivəsində gündəmə gəlib. Müzakirələr Trampın ABŞ Vergi Xidmətinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddianın mümkün nizamlanması ilə əlaqədardır.Məlumata əsasən, fond vasitəsilə əvvəlki administrasiyalar, o cümlədən Co Bayden dövründə haqsız hüquqi və inzibati təzyiqlərlə üzləşdiyini iddia edən şəxslərə kompensasiyaların ödənilməsi nəzərdə tutulur.CNN qeyd edir ki, razılaşmanın detalları hələ yekunlaşdırılmayıb. Bununla belə, fondun yaradılması ilə bağlı rəsmi açıqlamanın artıq bu həftə verilə biləcəyi istisna olunmur.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu