Ağ Ev İlon Mask, Tim Kuk və bir sıra iri amerikan şirkətlərinin rəhbərlərini bu həftə ABŞ prezidenti Donald Trampın Çinə səfərinə qoşulmağa dəvət edib.
GDP Media xəbər verir ki, Dəvət alanlar arasında həmçinin Boeing, Goldman Sachs, Blackstone, BlackRock, Citigroup və Meta-nın rəhbərləri də var.
Tramp Çinlə “bir sıra iş sazişləri” bağlamağa ümid etdiyini bildirib. Səfər çərçivəsində amerikan biznes nümayəndələrinin Çinin aparıcı şirkətləri və dövlət rəsmiləri ilə görüşləri gözlənilir.
Qeyd edək ki, Trampın Pekinə səfərinin dəqiq tarixi hələ açıqlanmayıb, lakin Ağ Evin məlumatına görə, səfər bu həftə baş tutacaq.


