Yaponiya Azərbaycan neftini idxal etməyə başlayıb – İqtisadçı şərh edir

Yaponiya ilk dəfə olaraq Azərbaycandan neft idxalına başlayıb. Bu addım Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında risklərin yüksəlməsi fonunda atılıb.

GDP Media xəbər verir ki, İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, fevral ayına qədər Yaponiyanın idxal etdiyi neftin təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin regionda geosiyasi risklər artdıqdan sonra Tokio rəsmiləri alternativ istiqamətlər axtarmağa başlayıb.Yaponiya əvvəlcə ABŞ neftinə, daha sonra Rusiyaya qarşı sanksiyaların yumşalmasından sonra “Saxalin-2” layihəsindən hasil olan neftə yönəlib. İndi isə bu siyahıya Azərbaycan da daxil olub.Maraqlı məqamlardan biri odur ki, Yaponiya hazırda 205 günlük neft ehtiyatına malikdir. Bunun 121 günü dövlət, 83 günü isə özəl sektor ehtiyatlarında saxlanılır.Təxminən on gün əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiti enerji böhranı fonunda maraqlı mesaj vermişdi. Bir çox ölkələr qənaətə çağırış edərkən, o, iqtisadi həyatın zəifləməməli olduğunu vurğulamış və hökumətin yeni çıxış yolları tapmalı olduğunu bildirmişdi.Eldəniz Əmirov hesab edir ki, bu gün həmin yanaşmanın nəticəsi görünür: “Azad iqtisadi sistem üçün bu, təbiidir. Çünki azad bazarlar neftin haradan çıxmasına yox, kimin etibarlı tərəfdaş olmasına baxır. Hazırda Azərbaycan məhz bu etimad qazanmış ölkələr sırasında mövqe tutur.”İqtisadçının fikrincə, bu addım gələcəkdə Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə, yeni investisiya əlaqələri, uzunmüddətli tədarük müqavilələri və logistika əməkdaşlığı üçün əlavə imkanlar aça bilər.

Əlaqədar Yazılar

McKinsey: 2030-cu ilədək data-mərkəzlərinə yönələn 5,2 trilyon dollar İİ yüklərinin xidmətinə ayrılacaq
  • May 13, 2026

McKinsey konsaltinq şirkətinin hesablamalarına görə, 2030-cu ilə qədər data-mərkəzlərinə ediləcək ümumi investisiyaların həcmi 6,7 trilyon dollar təşkil edəcək. B GDP Media xəbər verir ki, bunun 5,2 trilyon dolları (yəni investisiyaların təxminən 78%-i) süni intellekt (İİ) yüklərinə xidmət göstərilməsi üçün istifadə olunacaq. Hesabatda qeyd edilir ki, generativ süni intellekt iqtisadiyyatında əsas xərc mənbəyi inferans prosesidir – yəni modelin istifadəçilərə cavablar yaratması. Modelin bütün həyat dövrü ərzində hesablama resurslarının 90%-ə qədəri məhz inferansa sərf olunur.

Oxumağa davam edin
Tramp yenidən dizayn edilmiş, üzərində öz şəkli olan 100 dollarlıq əskinasın şəklini paylaşıb
  • May 13, 2026

Prezident Donald Tramp “Truth Social” platformasında özünün yenidən dizayn edilmiş 100 dollarlıq əskinasın üzərində olduğu şəkli paylaşıb GDP Media xəbər verir ki, şəkildə Benjamin Franklinin yerinə saxta “Federal Qələbə Əskinası”nda Trampın özü təsvir olunub. Dizayn Tramp üslubunda detalları əhatə edir: “TRUMP2024” və “TRUMP4547” yazıları, həmçinin Xəzinədarlığın yüksək vəzifəli məmurlarının əvəzinə onun imzası və vitse-prezident JD Vansın imzası. Əskinasın arxa tərəfində “In God We Trust” (Biz Allaha güvənirik) ifadəsinin yerinə “God Bless Donald Trump” (Allah Donald Trumpı qorusun) yazılıb.

Oxumağa davam edin