CityNet Azərbaycanda “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülən ilk internet provayder şirkəti olub.
“GDP Media” xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru və Azerconnect Group baş direktorunun müavini İlqar Nəhmədov məlumat verib.
O bildirib ki, şirkət beynəlxalq audit şirkəti Deloitte tərəfindən təsis edilmiş “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib.
İlqar Nəhmədov qeyd edib ki, əldə olunan uğur “CityNet” komandasının strateji baxışının, peşəkar fəaliyyətinin və müştəri məmnuniyyətinə sadiqliyinin nəticəsidir.
Onun sözlərinə görə, şirkət Azerconnect Group-un bir hissəsi kimi Azərbaycanda rəqəmsal ekosistemin inkişafına töhfə verməyə, innovativ xidmətləri genişləndirməyə və istifadəçilər üçün etibarlı həllər təqdim etməyə davam edəcək.
Şirkət rəhbəri həmçinin “CityNet” komandasını əldə olunan nailiyyət münasibətilə təbrik edib və müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib.





