Azərbaycanın ilk ictimai bulud platforması “AZINCLOUD” bizneslərə ilkin sərmayə tələb etmədən, “istifadə etdiyin qədər ödə” (Pay-as-you-go) modeli ilə İT xərclərini azaltmağa imkan yaradır.
GDP Media xəbər verir ki, platforma müştərilərə yalnız istifadə olunan resurslara görə ödəniş etmək imkanı təqdim edir. Abunəçi bank kartı detallarını sistemə bir dəfə qeyd etməklə, hər ayın sonunda avtomatik ödəniş edilir. İstifadəçilər şəxsi hesabları vasitəsilə ödəniş tarixçəsini maneəsiz izləyə bilirlər.Platformanın interfeysi tamamilə Azərbaycan dilindədir, bütün xidmətlər isə manatla təqdim olunur. Bu yanaşma əlavə bank komissiyalarını aradan qaldırır. Bundan başqa, istifadəçilər istənilən vaxt abunəliyini sonlandırma hüququna malikdirlər.“AZINCLOUD” yerli sahibkarların İT xərclərini optimallaşdırmaq və rəqəmsal infrastruktur qurmaq üçün əlverişli həll yolu kimi təqdim olunur.


