Azərbaycanda 26 mindən artıq yararsız avtomobil utilizasiya edilib

Azərbaycanda tullantıların idarə olunması sahəsində mühüm layihələr həyata keçirilib.Utilizasiya: 1300-ə yaxın vətəndaş güzəştli şərtlərlə yeni avtomobil alıbFED.az xəbər verir ki, bunu “Təmiz Şəhər”in İdarə Heyətinin sədri Etibar Abbasov WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.

Bakıdan başlayaraq şəhərsalma siyasətinin mühüm hissəsi kimi yanaşmaqdır.Çıxış zamanı vurğulanıb ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında müqavilə imzalanıb və layihə çərçivəsində Bakıda hazırda fəaliyyət göstərən, 120 hektar ərazini əhatə edən iri tullantı idarəetmə sahəsi yaradılıb.

Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün tullantıların idarə olunması strategiyası hazırlanıb. 2009-cu ildə isə Bakıda Şərqi Avropada emal gücünə görə ən böyük tullantı yandırma zavodlarından biri inşa edilib. Zavodun illik emal gücünün yüz minlərlə ton olduğu qeyd edilib və müəssisənin enerji istehsalı imkanlarının da nəzərə alındığı bildirilib.

Bununla bərabər, istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası layihəsinin artıq iki ildən çoxdur icra edildiyi qeyd olunub. Layihə çərçivəsində 26 mindən artıq yararsız avtomobil dövriyyədən çıxarılıb.Bildirilib ki, avtomobillərini təhvil verən vətəndaşlara yeni nəqliyyat vasitəsi alarkən güzəştlər təqdim olunur

Bildirilib ki, avtomobillərini təhvil verən vətəndaşlara yeni nəqliyyat vasitəsi alarkən güzəştlər təqdim olunur.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu