Çin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Çinin Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə agentliyin fəaliyyəti, ixrac və investisiya təşviqi mexanizmləri haqqında məlumat verilib, əməkdaşlığın inkişafı imkanları qeyd olunub. Assosiasiyanın üzv şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərdiklərini bildiriblər.

Tərəflər birgə ixracyönümlü istehsal, “Made in Azerbaijan” brendli məhsulların təşviqi, sərhədlərarası və elektron ticarət əməkdaşlığı çərçivəsində rəqəmsal satış imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu