Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

İkisi Azərbaycandan, ikisi Rusiyadan, biri isə İrandan olmaqla, ümumilikdə 5 boru kəməri ilə Türkiyəni Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevirdik. Son 10 ildə enerji sektoruna çox böyük investisiyalar yatırdıq. Türkiyə artıq 39 ölkədən, 50-dən çox şirkətdən təbii qaz tədarük edən nəhəng enerji infrastrukturuna malikdir.

“GDP Media” xəbər verir ki,bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan II İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.

Türkiyənin dünya boru ehtiyatlarının 73 faizinə sahib olduğunu vurğulayan Prezident Ərdoğan Sakarya Qaz Yatağında gündəlik hasilatın 9,5 milyon kubmetrə çatdığını qeyd edib.

“Təkcə Qara dənizdə deyil, Qabar bölgəsində də tarix yazdıq. Daxili neft hasilatımızın 44 faizi Qabardan əldə olunur. Bu gün bu bölgədən əldə edilən hasilat Türkiyənin enerji təchizatının təhlükəsizliyinə çox böyük töhfə verir. 2028-ci ildə ikinci üzən hasilat platformasının istismara verilməsi ilə istehsal 45 milyon kubmetrə çatacaq. Cümhuriyyət tarixinin ən böyüyük neft kəşfini isə Şırnakda etdik. Onilliklər boyunca terrorla anılan bu bölgələr bu gün investisiya və məşğulluqla yadda qalır. Uzun illər istifadəsiz qalan ərazilərdə turizm artır, kənd təsərrüfatı inkişaf edir. Diyarbəkirdə 4 sahə müəyyən edilib. Qarşıdakı 3 il ərzində daha 24 quyuda iş aparmağı planlaşdırırıq”, – deyə Türkiyə lideri vurğulayıb.

Türkiyənin qlobal enerji diplomatiyasında da ön sıralarda olduğunu qeyd edən ölkə başçısı deyib: “Somalinin ərazi sularında apardığımız kəşfiyyat işləri Türkiyənin xaricdə həyata keçirdiyi ilk dərin dəniz qazması olmaq baxımından tarixi əhəmiyyət daşıyır. İqlim şərtləri əlverişli olacağı təqdirdə Somalidəki qazma işləri 6–9 ay ərzində tamamlanacaq”.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu