Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq.
“GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir.
Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur.
A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.


