Google Missuridə süni intellekt infrastrukturunun qurulmasına 15 milyard dollar investisiya yatırır.
“GDP Media” şirkət Missuri ştatında süni intellekt üçün məlumat mərkəzləri və güc qurğularına öz tarixindəki ən böyük kapital qoyuluşunu elan edib.
İnvestisiyaların həcmi 15 milyard dollar təşkil edəcək.Bu, böyük texnologiya şirkətlərinin (Big Tech) hesablama resursları uğrunda qlobal yarışının davamıdır.
Google, Microsoft, Amazon və Meta birlikdə süni intellekt infrastrukturuna yüzlərlə milyard dollar yönəldir ki, bu da çiplərə, elektrik enerjisinə və tikinti güclərinə davamlı tələb formalaşdırır.Bazar üçün bu, ən böyük texnologiya şirkətlərinin kapital xərclərinin artmağa davam edəcəyi, enerji ehtiyatları və məlumat emalı mərkəzləri (MEM) üçün torpaq sahələri uğrunda rəqabətin isə güclənəcəyi siqnalıdır.


