Lionel Messi milyarder olub
“GDP Media” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilir ki, Messi 2007-ci ildən bu yana ümumilikdə 700 milyon dollar qazanıb və onun sərvəti 1 milyard dollar həddini keçib.
Bununla da o, Cristiano Ronaldodan sonra bu siyahıya daxil olan ikinci futbolçu olub. Ronaldo həmin siyahıya 2025-ci ilin oktyabrında daxil edilmişdi.


