Maliyyə dayanıqlığı gücləndirilir: banklarda stres-testlərin aparılması Qaydası təsdiq edilib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək, bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə “Banklarda stres-testlərin aparılması Qaydası”nı təsdiq edib. GDP Media xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, yeni Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb. Bununla yanaşı, həmin Qaydaya uyğunlaşdırma məqsədilə korporativ idarəetmə, kredit, likvidlik, əməliyyat və bazar risklərinin idarə edilməsi üzrə qaydalarda da dəyişikliklər təsdiq edilib.

Yeni tənzimləmədə banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və modellərin validasiyası tələbləri, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə, risklərarası qarşılıqlı təsirlərə, habelə nəticələrin Mərkəzi Banka hesabatlılıq məsələlərinə dair tələblər öz əksini tapıb.Qayda həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə biləcək sualları da əhatə edir.

Mərkəzi Bankın qiymətləndirməsinə görə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcək.Təsdiq edilmiş dəyişikliklərə link vasitəsilə baxmaq mümkündür.

  • Əlaqədar Yazılar

    Sahibkarlar üçün fürsət: Qubada böyük sammit
    • May 13, 2026

    Mayın 2-də Qubada “Regional biznesin inkişafı və rəqəmsallaşma” Sammiti baş tutacaq. GDP Media xəbər verir ki, tədbirin əsas məqsədi ölkənin şimal-şərq regionunun iqtisadi potensialının artırılması, yerli sahibkarların dəstəklənməsi və rəqəmsal transformasiyanın təşviq edilməsidir. Sammit MÜSİAD Azerbaijan, TECHERA və “Quba Sahibkarlarına Dəstək” platformasının (QİAD) birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintech Assosiasiyasının və ADPU-nun Quba filialının rəsmi tərəfdaşlığı ilə reallaşacaq. Tədbir çərçivəsində “Regional Expo” sərgisi və B2B görüşləri təşkil olunacaq. Bu platformalar vasitəsilə 100-dən çox müəssisə arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradılacaq. Sammitin xüsusi bölməsi olan “Texnologiya və rəqəmsal zona”da iştirakçılara İT həlləri, elektron ticarət layihələri və istehsalın avtomatlaşdırılması alətləri nümayiş etdiriləcək. Maliyyə resurslarına əlçatanlığı artırmaq məqsədilə sahibkarlara güzəştli kreditləşmə və mikrobiznesin dəstəklənməsi proqramları barədə geniş məlumat veriləcək. Bundan əlavə, sammitin proqramına gənc mütəxəssislər və sahibkarlar üçün xüsusi mentor sessiyaları daxil edilib. Həmin sessiyalarda təcrübəli mütəxəssislər tərəfindən praktiki biliklərin ötürülməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:https://shorturl.at/19YCl

    Oxumağa davam edin
    Azərbaycanda neft hasilatı apreldə bir qədər artıb-OPEC
    • May 13, 2026

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin aprel ayında Azərbaycanda orta gündəlik xam neft hasilatının 460 min barel təşkil etdiyini açıqlayıb. GDP Media OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm mart ayı ilə müqayisədə 3 min barel çoxdur. Belə ki, mart ayında sutkalıq neft hasilatı 457 min barel olub. Hesabatda həmçinin qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin birinci rübündə 454 min barel səviyyəsində qeydə alınıb. 2025-ci ildə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel təşkil edib.

    Oxumağa davam edin