Minimum əməkhaqqı ildə ən azı bir dəfə artırılacaq – Deputat

“Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu, minimum əməkhaqqı artımında dövriliyin təmin olunması deməkdir.

GDP Media xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, həm də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir.

Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və ya çox olması xüsusi önəm daşımır.

Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşın maaşlarının artmasına səbəb ola bilər.Artımın nə zaman baş verəcəyinə gəldikdə isə V.Bayramov xatırladıb ki, Məcəlləyə olan dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiq edilib.

Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır.Bu o deməkdir ki, dəyişikliyin təsdiq edildiyi tarixdən keçən 1 il müddətində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər.

Xüsusən nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki qanunvericilik minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur.Mənbə:

  • Əlaqədar Yazılar

    Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı-VİDEO
    • İyun 1, 2026

    Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı. “GDP Media” xəbər verir ki, qatlana bilən iPhone modeli ilə bağlı ilk görüntülərin zavoddan sızdırıldığı iddia olunur. Məlumata görə, yeni cihaz üç ekranlı dizaynı ilə diqqət çəkir və istifadəçilərə daha böyük ekran təcrübəsi təqdim etməyi hədəfləyir.Bildirilir ki, yeni smartfonun rəsmi təqdimatının sentyabr ayında keçirilməsi gözlənilir. Qatlana bilən modelin həm ölçü, həm də funksionallıq baxımından Apple məhsulları arasında yeni mərhələ açacağı ehtimal olunur. Texnologiya həvəskarları isə xüsusilə üç ekranlı quruluşun gündəlik istifadədə nə dərəcədə praktik olacağını maraqla müzakirə edirlər. Yeni modelin mobil cihaz bazarında rəqabəti daha da gücləndirəcəyi qeyd olunur.

    davamı
    SOCAR “Uzbekneftegaz” şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
    • İyun 1, 2026

    İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə görüşüb. “GDP Medxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR-la “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub.Söhbət zamanı Bakı Enerji Həftəsinin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    davamı