Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

“GDP Media” xəbər verir ki, müşavirədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək deyib:

“İndi isə diqqəti idxal strukturuna cəlb etmək istəyirəm. İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərmişdir ki, idxal etdiyimiz məhsulların (aqrar məhsullar – red) 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var. Biz bunların ölkədə 100 faiz istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik. Məhsulların təxminən əlli faizində isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq.

Biz 25 faiz məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır”.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu