Neft bahalaşanda hər şey yaxşı olurmu?

Prezident İlham Əliyevin Euronews-a verdiyi müsahibədə maraqlı bir fikir var idi. O dedi ki, yüksək neft qiymətləri ilk baxışda faydalı görünür. Amma eyni zamanda neft ölkələrinin vəsaitlərinin böyük hissəsi səhm bazarlarında və istiqrazlarda saxlanılır. Gərginlik artanda isə fond bazarları düşür.

Əslində bu fikir bugünkü iqtisadiyyatın vacib tərəfini göstərir.

Əvvəllər neft ölkələri əsasən neft satıb gəlir əldə edirdi. İndi isə vəziyyət fərqlidir. Böyük neft fondları sadəcə pul yığmır. Həmin vəsaitləri dünyada müxtəlif maliyyə alətlərinə yatırırlar. ABŞ istiqrazları, Avropa bazarları, böyük şirkətlərin səhmləri və investisiya fondları buna misaldır.

Ona görə də dünyada müharibə və ya böyük siyasi risk yarananda maraqlı vəziyyət ortaya çıxır. Neft bahalaşır, amma eyni anda səhm bazarları aşağı düşür. Yəni enerji gəlirləri artsa da, investisiya portfelləri dəyər itirə bilir.

Son illərdə bunu dəfələrlə gördük. Pandemiya dövründə də, Rusiya–Ukrayna müharibəsində də, Yaxın Şərqdə gərginlik artanda da oxşar proses yaşandı.

Hətta Norveç kimi dünyanın ən böyük neft fonduna sahib ölkəsi belə bazarlardakı enişlər səbəbindən milyardlarla dollar itki açıqlamışdı.

Bu baxımdan Prezidentin fikri əslində çox realist yanaşmadır. Çünki məsələ artıq təkcə neft satmaq deyil. Əsas məsələ həmin vəsaiti necə idarə etməkdir.

Belə dövrlərdə Neft Fondu üçün vacib olan məsələlər:
— vəsaitləri fərqli bazarlara bölmək,
— riskləri azaltmaq,
— daha təhlükəsiz aktivlərə üstünlük vermək,
— uzunmüddətli sabitliyi qorumaqdır.

Yəni müasir dövrdə neft ölkələrinin gücü yalnız neft hasilatında deyil, maliyyə idarəçiliyində də ölçülür.

Müəllif: Asəf Məmmədov

  • Əlaqədar Yazılar

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq
    • May 26, 2026

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq. “GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir. Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur. A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

    davamı
    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib
    • May 26, 2026

    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir. “GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir. Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq. The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

    davamı